XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2017 - 21:10

Rusiya Suriyada hərbi polis yerləşdirib –Atəşkəsə əməl olunduğuna nəzarət ediləcək


Rusiya Suriyada atəşkəsə əməl olunduğuna nəzarət edilməsi məqsədilə iki yeni təhlükəsizlik zonasında hərbi polis yerləşdirib. Bu barədə Rusiya rəsmiləri məlumat verib.

General-polkovnik Sergey Rudskoyun bildirdiyinə əsasən, Rusiya qüvvələri Suriyanın cənub-qərbində, Dəməşq yaxınlığındakı Şərqi Qutadakı təhlükəsizlik zonaları ətrafında yoxlama məntəqələri və monitorinq postları yerləşdirib.

May ayında Rusiya İran və Türkiyə Suriyada altı ildir davam edən münaqişənin həlli səyləri çərçivəsində dörd təhlükəsizlik zonasının yaradılması barədə razılıq əldə edib. Plana əsasən, Suriya prezidenti Bəşar Əl-Əsədin ordusu və hərbi hava qüvvələri müəyyən edilmiş zonalarda əməliyyatları dayandıracaq.

Bu dörd təhlükəsizlik zonasında təxminən 2,5 milyon insan yaşayır. (Amerikanın Səsi)