XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 10:50

Rusiyada ukraynalıların olduğu avtobus aşdı – Yaralılar var

Rusiyanın Voronej vilayətində içərisində ukraynalı sərnişinlərin olduğu avtobus aşıb.

Strateq.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Donetsk-Moskva avtobusunun qəzaya uğraması zamanı 5 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.

Yaralılar arasında 11 yaşlı uşaq da var. Neoplan avtobusunun 50 yaşlı sürücüsü xəsarət almayıb. Sərnişinlərin hamısı Donetsk sakinləridir.