XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 11:08

Parisə uçan təyyarədə bomba həyəcanı

San-Fransiskodan Parisə uçan «Air France»a məxsus təyyarə Kanadada qəfil eniş edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb təyyarənin göyərtəsində bomba olduğu ilə bağlı daxil olan anonim zəngdir.  

Monreal hava limanına uğurlu eniş edən təyyarə boşaldılıb, təhlükəsizlik xidmətinin əməkdaşları göyərtədə axtarışlara başlayıblar.  

Parisdəki 13 noyabr terrorundan sonra «Air France»a məxsus təyyarələr bomba xəbərdarlığına görə 2 dəfə təcili eniş ediblər. Hər iki halda təyyarədə heç nə aşkarlanmayıb.