"İraqda Rusiyanın hərbi və siyasi varlığının mövcud olmasını istəyirik".
Bunu İraq baş nazirinin müavini Nuri əl-Maliki deyib.
"Rusiya və İraq arasında keçmişə söykənən möhkəm əlaqələr var. Bu səbəbdən Rusiyanın ölkəmizdə siyasi və hərbi varlığının olmasını istərdik. Bununla region, xalqımız və ölkəmizə xidmət edəcək tarazlıq yaranar",- Maliki söyləyib.
Maliki hər bir sahədə İraqın güclənməsini istədiklərini qeyd edib/Axar.az.