XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 17:39

Qətərin müdafiə naziri:"Türkiyə və ABŞ-la birgə hərbi təlimə başlayacağıq"

"Körfəz bölgəsində yaşanan böhran Doha və Vaşinqton arasındakı əlaqələrə təsir etmir. Yaxın gələcəkdə Türkiyə və ABŞ-la birgə təlimlər keçirəcəyik".

Bu sözləri Qətər Müdafiə naziri Xalid Əl Atiyyə jurnalistlərə açıqlamasında deyib.

“Qətərin Türkiyə və ABŞ ilə əlaqələrinin şəffaf və davamlı olaraq inkişafı üçün çox əmək sərf etdim. ABŞ-ın terrorla mübarizə üçün Qətərlə əməkdaşlığı dayandıracağını düşünmürəm. Türkiyə və ABŞ Qətər torpaqlarında mütəmadi olaraq təlimlər keçir. Yaxın gələcəkdə üç ölkənin birgə təlimləri başlayacaq”, – nazir bildirib/Axar.az.