XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 18:10

Türkiyə ilə Almaniya arasında gərginlik –NATO Baş katibi tərəfləri barışdırmağa çalışır

NATO Baş katibi Yens Stoltenberq Türkiyə ilə Almaniya arasındakı gərginliyi aradan qaldırmaq məqsədilə alman diplomatların Türkiyədəki İncirlik hərbi bazasına səfər etməyinə şərait yaratmağa çalışır.

Bunu NATO sözçüsü Piers Kazalet jurnalistlərə açıqlamasında söyləyib.

Qeyd edək ki, Türkiyə ilə Almaniya arasında gərginliyə əsas səbəblərdən biri də alman deputatların Ankara tərəfindən İncirlik hərbi bazasına buraxılmaması olub. Buna etiraz olaraq Almaniya İncirlik hərbi bazasındakı əsgərlərini İordaniyaya köçürməyi planlaşdırıb/Axar.az.