Yəmənin qanuni Prezidenti Abd-Rabbu Mənsur Hadi ölkədə 7 günlük atəşkəs elan olunması üçün BMT-yə müraciət edib.
Hadi BMT-nin Baş katibi Pan Gi-Mun və BMT Təhlükəsizlik Şurasına göndərdiyi məktubda müzakirələrə hazır olduğunu bildirib.
Prezident məktubunda təklifin BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi İsmayıl Vələd Şeyx Əhməd vasitəsilə Husi qüvvələrinə və Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya qüvvələrinə çatdırıldığını deyib.
Xatırladaq ki, dekabrın 15-də İsveçrədə Yəmən böhranının həlli üçün tərəflər arasında danışıqlar başlayacaq.