Türkiyənin Mardin şəhərinin Nusaybin mahalından Suriya sərhədinə qədər uzanan tunel aşkar olunub.
Məlumatda tunelin Nusaybindəki qəbirstanlıqlardan birində tapıldığı bildirilib.
Qeyd edilir ki, PKK-çılar həmin ərazidə barrikadalar qazaraq hücumlardan müdafiə olunurdular. Sözügedən tunelin də kanalizasiya xəttinə bağlandığı və minalı əraziyə çıxdığı bildirilib.
Təhlükəsizlik qüvvələri tuneldən PKK-nın silah, sursat və narkotik daşınmasında istifadə etdiyi barədə məlumat yayıb/Axar.az.