XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 13:25

Tramp İranın nüvə sazişinin şərtlərinəəməl edəcəyinə inanmır

ABŞ prezidenti Donald Tramp bildirib ki, 3 aydan sonra, Tehranın nüvə proqramı ilə bağlı İranla sövdələşmənin icrasının növbəti yoxlamasından sonra, İran tərəfinin sazişin şərtlərini yerinə yetirməyə davam edəcəyini gözləmir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Tramp Wall Street Journala müsahibəsində deyib.

Administrasiyanın İran tərəfindən sazişin riayət olunmasını 3-cü dəfə təsdiq etmək niyyətində olduqlarına dair jurnalistin sualına, Tramp deyib: "Əgər saziş şərtlərinə əməl olunacaqsa, o, mən çox təəccüblənərəm".