XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 15:44

Vergilərin ən yüksək olduğu ölkəaçıqlandı

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələr arasında işçilərin ən çox vergi ödədiyi ölkə Belçikadır. Burada işləyən şəxslər qazandıqları pulun 54 faizini vergi və fondlara üzvlük haqqı şəklində dövlətə ödəyirlər.

Vergiler.az saytı bildirir ki, ikinci və üçüncü yerləri Almaniya və Macarıstan tutur. Almaniyada işçilər öz qazandıqlarının 49,4 faizini, Macarıstanda isə 48,2 faizini dövlətə qaytarırlar.

2017-ci ilin hesabatına əsasən, OECD ölkələri üzrə fiziki şəxslərin gəlir vergisi orta hesabla onların illik qazanclarının üçdəbirindən azdır.

Üzv ölkələr arasında ön mövqedə Avropa dövlətləri dayandığı üçün burada bəzi ölkələrin vergi yükünün aşağı olduğu müəyyənləşdirilmişdir.

OECD üzrə göstəricisi nisbətən aşağı olan ölkələrin siyahısında Polşa (35,8 faiz), İrlandiya (27,1 faiz) və İsveçrənin (21,8 faiz) adı gəlir.

ABŞ (31,7 faiz), Avstraliya (28,6 faiz) və İsrail də (22,1 faiz) vergilərin az olduğu ölkələr sayılır. Ən az vergi tutan üzv ölkələrin siyahısının sonunda Meksika (20,1 faiz), Yeni Zelandiya (17,9 faiz) və Çili (7 faiz) gəlir.