XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 İyul 2017 - 17:57

Britaniya dizel və benzinlə işləyən yeni avtomobilləriqadağan etməyi planlaşdırır

Böyük Britaniya hökuməti havanın çirklənməsi ilə mübarizə aparmaq məqsədilə 2040-cı ildən etibarən ölkədə dizel və benzinlə işləyən yeni avtomobilləri qadağan edəcəyini açıqlayacaq.

Azərtac "BBC"yə istinadla xəbər verir ki, hökumət havanın çirklənməsi probleminə çarə tapmaq üçün 255 milyon funt-sterlinq dəyərində bir fond yaratdığını da bəyan edəcək. Bu fondun bələdiyyələrin ölkə daxilində havanın çirklənməsi ilə mübarizə aparmalarına kömək edəcəyi hədəfə alınıb.

Böyük Britaniyada ekoloqlar bir qədər əvvəl hökumətin havanın çirklənməsi ilə mübarizə istiqamətindəki planlarını Avropa İttifaqı standartları ilə müqayisədə məqbul saymayaraq məsələni məhkəməyə təqdim etmişdi.

Ölkədəki ümumi azot qazının nisbətinin yüksək olduğunu düşünən ekoloqlara haqq qazandıran Ali Məhkəmə də hökumətə "təmiz hava strategiyası"nı açıqlaması üçün iyulun 31-dək vaxt verib. Hökumətin açıqlayacağı tədbirləri ilkin mərhələdə "ümidverici" kimi səciyyələndirən ekoloqlar yenə də strategiya ilə bağlı daha ətraflı məlumat sahibi olmalarının labüdlüyünü söyləyirlər.

Böyük Britaniyada çirkli havanın ildə təqribən 40 nəfərin erkən ölümünə səbəb olduğu ehtimal olunur. Ölkədə hələ də elektrik enerjisi ilə işləyən avtomobillərin ümumi satışlardakı payı bir faizdır.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron təqribən 3 həftə əvvəl 2040-cı ildən etibarən mədən yanacaqları ilə işləyən bütün mühərrikli avtomobillərin satışını dayandıracağını açıqlamışdı.

Almaniyanın BMW avtomobil şirkəti elektriklə işləyən avtomobil modeli "Mini"nin 2019-cu ildən Böyük Britaniyada istehsal ediləcəyini bildirmişdi.

İsveçin avtomobil nəhəngi "Volvo" da dünən 2019-cu ildən etibarən bütün yeni modellərində bir elektrik mühərrikinin olacağını qeyd edib.