Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Fatih Terim vəzifəsindən istefa verib.
Azərtac Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, mütəxəssis Türkiyə Futbol Federasiyasının məsul şəxsləri ilə görüşdən sonra milli komandanı tərk edib.
Fatih Terim 2013-cü ildən Türkiyə yığmasının baş məşqçisi vəzifəsində çalışırdı.