XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2017 - 20:30

BMT sülhməramlılarını daşıyan helikopterqəzaya uğradı

Malinin şimalında BMT sülhməramlı kontingentinə məxsus hərbi helikopter qəzaya uğrayıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza zamanı helikopterdə 2 almaniyalı hərbçi olub, onların taleyi barədə hələ ki, məlumat yoxdur.
 
BMT missiyasının nümayəndəsi Əhməd Makayl “Tiger” helikopterində Almaniya vətəndaşlarının olduğunu təsdiqləyib.
 
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasının qərarı ilə Malidə BMT-nin 12 minlik sülhməramlı missiyası (MINUSMA) fəaliyyət göstərir. Həmçinin ölkədə Fransa ordusunun 4 minlik kontingenti yerləşdirilib.