XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

26 İyul 2017 - 20:45

Avropa Komissiyası:"Ankara 5 şərti icra etməlidir"

Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara, əvvəlki kimi, 5 şərti icra etməlidir.

 APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan deyib.
 
“Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır:  Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtdən 5-dən gedir”, – deyə Y.Xan qeyd edib.     
 
Xatırladaq ki, Aİ və Türkiyə 2016-cı ilin martında miqrasiya böhranının nizamlanması planını razılaşdırıblar. Razılaşma Ankaranın müvafiq şərtləri icra edəcəyi təqdirdə, Aİ-nin  Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini nəzərdə tutub. Şərtlərin arasında ölkənin antiterror qanunvericiliyinə dəyişikliklərin edilməsi də var, lakin Ankara bu dəyişikliklərin yolverilməz olduğunu qeyd edərək, dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirib.