XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 10:07

“Rakka şəhərində vəziyyət pisləşib” –BMT baş katibi

Son ay ərzində Suriyanın Rakka şəhərində vəziyyət pisləşib.

Bu barədə BMT baş katibi Antoniu Quterreşin Təhlükəsizlik Şurasına göndərdiyi məruzədə bildirilir.

“Şəhərdə vəziyyət son dərəcə ağırdır. Hava zərbələri və quru əməliyyatları nəticəsində mülki vətəndaşlar həlak olmaqda davam edir. İyun ayında Rakkada 173 nəfər həyatını itirib. Hazırda silahlıların nəzarəti altında olan ərazilərdə 30-50 min dinc insan qalmaqdadır”, – Quterreş yazıb.

Qeyd edək ki, Rakka şəhəri 2013-cü ildən terrorçuların nəzarətindədir. İŞİD terror qruplaşması şəhəri "paytaxt" elan edib. 2016-cı ildə ABŞ rəhbərliyi altında beynəlxalq koalisiya şəhərin azad edilməsi üçün əməliyyata başlayıb/APA.