XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 07:53

“Bu cür zərbəni heç kim gözləmirdi” – Putindən növbəti xəbərdarlıq

“Türkiyə Hərbi-Hava Qüvvələri tərəfindən vurulan “Su-24” təyyarəsinin “qara qutu”sundan müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, Rusiyanın Türkiyəyə münasibəti dəyişməz qalacaq”.  

APA bildirir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib.

Onun sözlərinə görə,  “qara qutu”nun “oxunulması” prosedurunda iştirak etmək istəyənlərin hamısını dəvət etmək lazımdır:

“Bu başdan qeyd etmək istərdim ki, müəyyən ediləcək məlumatlardan asılı olmayaraq, bizim Türkiyə hakimiyyətinin törətdiyi əmələ münasibətimiz dəyişməyəcək. Bir daha demək istəyirəm ki, biz Türkiyəni yalnız dost ölkə deyil, terrorla mübarizədə müttəfiq sayırdıq və heç kim alçaqcasına və xaincəsinə kürəyə vurulan bu cür zərbəni gözləmirdi”.