XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 July 2017 - 21:48

Suriya ordusu hücuma keçdi –İŞİD terroristləri qaçır

Suriya Silahlı Qüvvələri Deyr əz-Zora gedən yolda mühüm əhəmiyyətə malik As-Suhnah kəndini artilleriya atəşinə tutub.

Suriya ordusunun səhra komandiri açıqlamasında suriyalı əsgərlərin şəhərə xeyli yanaşdığını və qalan 8 kilometrlik hissəni keçməyə çalışdıqlarını bildirib.

Qeyd edilib ki, İŞİD terrorçuları ailələrini kənddən çıxararaq Deyr əz-Zora qaçıblar.

Suriyalı əsgərlər bundan başqa, Xüms, Deyr əz-Zor və Rakka şəhərlərinin arasındakı bölgəyə də hücum ediblər/Axar.az.