XƏBƏR LENTİ

30 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 09:43

​Adolf Hitlerdən – yeni xəbər

my kamf.jpg

Adolf Hitlerin “Mənim savaşım” kitabı Almaniyada yenidən nəşr olunacaq

Adolf Hitlerin 1925-ci ildə çapdan çıxan “Mənim savaşım” kitabı İkinci Dünya Müharibəsindən sonra ilk dəfə 2016-cı ilin yanvarında yenidən Almaniyada nəşr olunacaq. Bu haqda məlumatı BBC (British Broadcasting Corporation) teleradioyayım şirkəti yayıb.

Məlumatda bildirilir ki, kitabın tirajı ilk olaraq 4 min nüsxə nəzərdə tutulub. Kitab Münhendə Müasir Tarix İnstitutu tərəfindən yenidən nəşrə hazırlanır. Nəşrə müxtəlif ekspertlər tərəfindən hazırlanmış 3.5 min şərh daxil edilir. BBC qeyd edir ki, cəmiyyətdə neo-nasist görüşləri qızışdırmaqdan qaçmaq üçün mətnə çıxışa məhdudiyyət qoyulub.

Bundan əvvəl Almaniyanın Federal Ədliyyə Nazirliyi qərar çıxarmışdı ki, gələn il kitabın “müəlliflik hüququ”nun müddəti başa çatandan sonra da onun nəşr olunması qadağan ediləcək.

Hazırda Hitlerin məşhur kitabının nəşr olunmasının müəlliflik hüququ Bavariya hökumətinə məxsusdur.

Xatırladaq ki, Hitlerin “Mənim savaşım” kitabının nəşri bəzi ölkələrdə qadağan edilsə də, ümumilikdə qadağan olunmayıb və kitab bazarının ən çox satılan kitablar siyahısındadır. Kitabın nəşrinə qoyulan qadağa isə, onun irqi və milli ədavəti qızışdırması iddiası ilə bağlıdır.

Strateq.az

mein-kampf-original-1933-1934-two-volume-soft-cover-set-be91.jpg