XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 09:20

Yəməndən atılan ballistik raket Məkkə ətrafında vurulub –“Frans Press”

Yəmən ərazisindən atılan raket Səudiyyə Ərəbistanının Məkkə şəhəri ətrafında vurulub

Bu barədə “Frans Press” ərəb koalisiyasının komandanlığına istinadən məlumat yayıb.  

Məlumata görə, ballistik raket müqəddəs şəhərdən 69 km cənubda vurulub. Koalisiya raket hücumunu Həcc ziyarətini pozmağa hesablanmış uğursuz cəhd adlandıraraq, insidentə görə məsuliyyəti Yəməndəki üsyançı husilərin üzərinə qoyub.  

Xatırladaq ki, Məkkəyə Həcc ziyarəti avqustun sonunda başlayacaq.  (APA)