XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 İyul 2017 - 09:28

ABŞ –ın Moskvaya qarşı növbəti demarşı –Senat Rusiyaya qarşı sanksiyaları gücləndirdi

 


 

ABŞ Senatı Rusiyaya, İrana və Şimali Koreyaya qarşı sanksiyaların gücləndirilməsinə dair qanun layihəsini qəbul edib.

TASS agentliyi xəbər verir ki, qanun layihəsinin lehinə 98 senator səs verib. İki gün əvvəl qanun layihəsi ABŞ Nümayəndələr Palatasında səsə qoyularkən 419 nəfər lehinə, 3 nəfər isə əleyhinə səs vermişdi.

Həm Senatda, həm də Nümayəndələr Palatasında səsvermənin nəticələri göstərir ki, sanksiyalar respublikaçılarla yanaşı, demokratlar tərəfindən də dəstəklənir və konqresmenlər Prezident tərəfindən qoyula biləcək vetonun da qüvvədən düşməsinə nail ola biləcəklər.