XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 17:33

Putin dünyada ən zəngin insandır –İnvestisiya Fondunun rəhbəri

“Hermitage Capital Management” investisiya fondunun baş direktoru Uilyam Brauder ABŞ senatının Hüquq məsələləri üzrə komitəsində keçirilən dinləmələr zamanı Vladimir Putini dünyanın ən varlı insanı adlandırıb.

Axar.az xəbər verir ki, bu barədə CNS Nyus informasiya yayıb.

“Mən Putini dünyanın ən zəngin insanı hesab edirəm. Fikrimcə onun sərvəti təxminən 200 milyard dollara bərabərdir. Onun sərvəti bütün dünyada saxlanılır – ABŞ bankları və bütün digər ölkələrdə”, – Uilyam Brauder bildirib.

Xatırladaq ki, Uilyam Brauder oğul Tramp və Nataliya Veselnitskaya ilə Rusiyada görüşərək Hillari Klintonla bağlı məlumat ötürməkdə şübhəli bilinir.