XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 22:15

Helsinkidə sürücü maşını insanların üzərinə sürüb –Ölən və yaralananlar var

Finlandiyanın paytaxtı Helsinkidə naməlum şəxs avtomobili insanların üzərinə sürüb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polisə istinadən "Reuters" məlumat yayıb.

Asayiş keşikçilərinin məlumatına görə, insident nəticəsində bir nəfər ölüb, azı 4 nəfər yaralanıb. Maşının sürücüsü saxlanılıb. Bu, təqribən 50 yaşında kişidir. Polis onun sərxoş olduğunu güman edir.

Hadisənin baş verdiyi ərazi mühasirəyə alınıb, insidentin təfərrüatları dəqiqləşdirilir.