XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 11:30

Şimali Koreya:qitələrarası ballistik raketin ikinci sınağı uğurlu olub

Şimali Koreya şənbə günü ikinci dəfə “Xvason-14” qitələrarası ballistik raketin uğurlu sınağını keçirib.

Azərtac RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə Şimali Koreyanın mərkəzi teleqraf agentliyi məlumat yayıb.

Raket 47 dəqiqə 12 saniyə ərzində 998 kilometr məsafə qət edib. Uçuş trayektoriyasının maksimum hündürlüyü 3 min 724,9 kilometr olub.

Qitələrarası ballistik raketin buraxılışının qonşu ölkələr üçün heç bir təhlükə yaratmadığı bildirilir.