XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 12:15

Antalyada hoteldə yanğın:14 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Antalya əyalətinin Kemer rayonunda beşulduzlu mehmanxanada baş verən yanğınla əlaqədar 400 nəfər yerli və xarici turist təxliyə edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

Məlumata görə, yanğın mehmanxananın mətbəx bölməsində meydana gəlib.

Yanğın zamanı 10-u Türkiyə, 4-ü Rusiya vətəndaşı olmaqla 14 nəfər xəsarət alıb. Onlar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Hadisənin səbəbi araşdırılır.