XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 12:06

Kim Çen In:"Ballistik raket ABŞ-a ciddi xəbərdarlıq üçün sınaqdan keçirilib"

Şimali Koreya lideri Kim Çen In ötən axşam baş tutmuş ballistik raket sınağını şərh edib. O, bu sınaqları ABŞ üçün "ciddi xəbərdarlıq" adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

Şimali Koreya lideri əlavə edib ki, Birləşmiş Ştatlar tərəfindən Pxenyana qarşı yönələn sanksiya və hərbi təhdidlər yalnız ölkənin nüvə gücünün artırılmasına olan meylini gücləndirir.

Onun sözlərinə görə, nüvə proqramı "strateji gücdür", ona görə bu dayandırıla bilməz.

"ABŞ bizim dövlətimizə toxunmağa cürət edərsə, təhlükə altında olacaq", — deyə agentlik Kim Çen Inın sözlərini sitat gətirib.