XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 14:46

Kredit ödəməmək üçüngörkəmini dəyişdi

Çinli qadın banka 3,7 milyon dollar borcu olduğuna görə qaçıb gizlənmək istəyib.

Azərtac “aif.ru”ya istinadla xəbər verir ki, Çinin Uxan şəhərində bir qadın kredit ödəməmək üçün üzərində plastik əməliyyat apartdırıb.

Məhkəmə qərar çıxarıb ki, qadın banka 25 milyon yuan, yəni təqribən 3,7 milyon dollar ödəməlidir. Buna görə də 59 yaşlı qadın aradan çıxmaq üçün plastik əməliyyat etdirib. Onu saxta sənədlərlə qatara bilet alarkən yaxalayıblar. Qadının öz fotoşəklinə qətiyyən bənzəmədiyini və xeyli cavan göründüyünü görən polislər çox təəccübləniblər.