Gürcüstanın Xaraqaul bələdiyyəsinin Aneul kəndində dəmiryol tunelinin bir hissəsinin uçması nəticəsində 2 nəfər xəsarət alıb.
“Report” Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə bələdiyyə başçısı Nikolaz Topuridze bildirib.
Dağıntı nəticəsində tikinti işləri ilə məşğul olan iki nəfər yaralanıb, onlardan birinin xəsarəti yungul, digərininki isə ağırdır.