XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 18:24

Rusiyada silah-sursatanbarı yanıb

Şənbə günü Rusiyanın Xabarovsk diyarının Komsomol rayonunda yerləşən hərbi hissənin silah-sursat anbarı ərazisində yanğın baş verib, hazırda partlayış səsləri kəsilib.

"Report" xəbər verir ki, bu barədə regionun güc strukturlarındakı mənbəyə istinadən RİA "Novosti" məlumat yayıb.

"Qaliçnıq yaşayış məntəqəsində dərində yerləşən aviasiya raketlərinin olduğu anbar yanıb. Hazırda partlayış səsləri kəsilib, tüstü müşahidə olunur", – deyə mənbə bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı yaşayış evləri 3 kilometr aralıda yerləşir. Yanğının söndürülməsinə suaşıran qurğulu aviasiyanən cəlb edilməsi planlaşdırılır.

Yanğının səbəbləri araşdırılır.