XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 19:58

CAR-da futbol matçı zamanı basabas düşüb- Azı iki nəfər ölüb

CAR-ın Yohannesburq şəhərində keçirilən futbol oyunu zamanı düşən basırıq nəticəsində ən azı 2 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə Britaniyanın BBC telekanalı məlumat yayıb.

İnsident 87 min nəfərlik "FNB Stadium"da keçirilən "Kayzer Çifs" və "Orlando Payrets" klubları arasında oyun zamanı baş verib.

Bildirilir ki, hazırda vəziyyət nəzarətdə saxlanılır.