XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 20:41

Bosforun altından 3 mərtəbəlitunel tikiləcək

İstanbulda Bosfor boğazının altından yeni tunel tikiləcək.
 
Trend-in məlumatına görə, bu gün proses çərçivəsində kəşfiyyat işləri başlayıb.
 
6,5 kilometr uzunluqda olacaq tuneldən yüklərin daşınması, eləcə də avtomobillərin keçidi nəzərdə tutulur.
 
3 mərtəbədən ibarət olacaq yeni tunel dənizin 110 metr dərinliyindən keçəcək. Tunel İstanbulun Avropa və Asiya hissəsini birləşdirəcək. Layihənin dəyəri 3,5 milyard dollardır.
 
Qeyd edək ki, İstanbulda 2016-cı ildə istifadəyə verilən "Avrasiya" tuneli boğazın 106,4 metr dərinliyindən keçir, ümumi uzunluğu isə 5,4 kilometrdir.