XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 21:06

Almaniyada ətdən içkilərsatışa çıxarılacaq

Almaniyada 55 yaşlı iş adamı və qəssab Peter Klassen ətdən içkilər hazırlayaraq satışa çıxaracaq.

Azərtac "life.ru"ya istinadla xəbər verir ki, qeyri-adi içki payızda Almaniyada satışa çıxarılacaq. İş adamı Fransa, Belçika və Lüksemburq istehsalçıları ilə artıq müqavilələr bağlayıb. Lakin bu ölkələrdə içkilərin satışı haqqında hələlik məlumat verilmir.

Bu kokteyli hazırlamaq üçün qəssab əti tərəvəzlə bir yerdə qaynadır, sonra isə onu kakao konsistensiyasınadək doğrayır. Alınan maye butulkalarda qablaşdırılır və sterilizə olunur.

Klassen indiyədək dünyada hazırlanmayan bu içkinin patentini almaq istəyir.