XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 21:17

Moskvadan Buxarestəsərt etiraz

Rusiya baş nazirinin müavini Dmitri Roqozinin göyərtəsində olduğu təyyarənin Rumıniyanın hava məkanından keçməsinə icazə verilmədiyinə görə rəsmi Moskva Buxarestin ölkədəki müvəqqəti işlər müvəkkilinə qətiyyətli etirazını bildirib.  
 
 APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin saytında dərc edilən məlumatda bildirilir.
 
Moskva qeyd edib ki, Rumıniya öz əməli ilə Moskva-Kişinyov reysi ilə uçan 160 sərnişininin həyatını təhlükə altına atıb.
 
XİN bu insidenti ikitərəfli münasibətlərə xələl gətirmək məqsədilə qəsdən törədilmiş təxribat adlandırıb.   
 
Moskva Rumıniya hökumətini insidenti hərtərəfli araşdırmağa və hadisə ilə bağlı izahat verməyə çağırıb.  
 
Qeyd edək ki,  Rumıniya və Macarıstan Dmitri Roqozinin olduğu təyyarənin hava məkanlarından  keçməsinə icazə verməyiblər. Buxarest addımını D.Roqozinin sanksiya siyahılarında olması ilə əlaqələndirib.