XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 11:15

Rəsmi Tehran ABŞ-ın yeni sanksiyalarına qarşı mübarizəyə başlayacaq –Parlament qanun qəbul etdi

İran İslam Şura Məclisinin (parlament) Milli təhlükəsizlik komissiyası ABŞ-ın İrana qarşı yeni sanksiyaları ilə mübarizəyə dair qanun layihəsini qəbul edib.

APA-nın “Fars’ agentliyinə istinadən verdiyi məlumata görə, komissiyanın sözçüsü Hüseyin Nakavi xarici işlər nazirinin müavinləri Abbas Əraqçı və Hasan Kaşkavi ilə fövqəladə toplantı keçirdiklərini bildirib.

Toplantıda ABŞ Konqresinin iyulun 27-də qəbul etdiyi sanksiya qərarı və İranın atacağı cavab addımları barədə müzakirə aparılıb. Müzakirələrdən sonra Milli təhlükəsizlik komissiyası ABŞ-ın sanksiyaları ilə mübarizəni nəzərdə tutan qanun layihəsini qəbul edib.

Xarici işlər nazirinin müavini Abbas Əraqçı “Fars” agentliyinə açıqlamasında bildirib ki, ABŞ İrana qarşı yeni sanksiya qərarı ilə Tehranla “Altılığ”-ın arasında əldə edilən nüvə razılaşmasının 26, 28 və 29-cu maddələrini pozub.

A. Əraqçı İranın ABŞ-a mütləq cavab verəcəyini bəyan edib.