XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 13:55

Moldova prezidenti Roqozinlə Tehranda görüşəcəyini təsdiqlədi:"Kişinyovda danışmadıqlarımızı müzakirə edəcəyik"

Moldova Prezidenti İqor Dodon Rusiya Baş nazirinin müavini Dmitri Roqozin ilə İranın paytaxtı Tehranda bir araya gələcək.

Məsələ ilə bağlı bəyanat verən Dodon D.Roqozinlə Tehranda görüşəcəyini təsdiqləyib.

"Bəli, Dmitri Roqozin ilə Tehranda bir araya gəlib, bu həftə Kişinyovda danışmadıqlarımızı müzakirə edəcəyik", – Dodon söyləyib.

Qeyd edək ki, Moldova rəhbərliyi Rusiya Baş nazirinin müavini Dmitri Roqozinin ölkəyə hərbi təyyarə ilə gəlməsini qadağan edib/Axar.az.