XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 July 2017 - 10:26

ABŞ 4 İŞİD əmirinin öldürüldüyünü bəyan edib –ADLAR

ABŞ ordusu iyulun 11-də hava zərbələri nəticəsində daha 4 İŞİD liderinin öldürüldüyünü təsdiq edib.

Əfqanıstanın şimal-şərqində həyata keçirlən əməliyyat zamanı terrorçu qrupun əsas lideri də öldürülüb. Dron hücumları nəticəsində Kunar vilayətində İŞİD-in əmiri Əbu Sayed aradan götürülüb. Ordunun bəyanatında İslam Dövlətinin öldürülən 4 müşaviri – Şeyx Zeyillah, Mülavi Hübeyb, Hacı Şirullah və Əsadullahın adları sadalanıb. Nanqaharla sərhəd Kunar və digər rayonlar İŞİD-in istehkamlarına çevrilib.

Əfqanıstanın təhlükəsizlik qüvvələri ABŞ-ın havadan yardımı ilə bu vilayətdə İŞİD-in bazalarının məhvi üçün genişmiqyaslı əməliyyatlar həyata keçirir. (Amerikanın Səsi)