XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 16:57

Statistika:"Ermənistandan minlərlə insan qaçır"

Ermənistanın Milli Statistika Xidmətinin ilkin məlumatları daha əvvəl də məlum olan faktı bir daha təsdiq edir – minlərlə insan bu ölkədən qaçır və doğuş azalır.

Trend-in məlumatına görə, 2017-ci ilin iyulun 1-dək Ermənistan əhalisi ötən ilin eyni dövrü ilə müqayisədə 15,2 min nəfər azalıb. Yanvarın 1-i ilə müqayisədə isə azalma 6,2 min nəfərə bərabər olub.

Bundan başqa kənd əhalisinin 7,5 min nəfər azaldığı qeyd edilib.

2017-ci ilin yanvar-iyun aylarında anadan olan uşaqların sayı 6,5 faiz azalıb, hesabat dövründə ölüm halları isə 2,1 faiz artıb.

Qeyd edək ki, 2016-cı ilin 1 yanvar tarixinə olan vəziyyətə görə ölkə əhalisi 70-ci illərdən sonra ilk dəfə 3 milyondan aşağı olub.