XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2017 - 00:32

Venesuelada vəziyyət daha da pisləşdi –Gərginlik

Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib.

Strateq.az Sputnik-ə istinadən xəbər verir ki, Venesuelada partlament seçkilərinin nəticələrinə etiraz edən müxalif kütlə hökumət əleyhinə geniş etiraz aksiyaları başladıb. Etirazçılar seçkiyə hiylə qarışdığı iddia edirlər. Təkcə son iki gün ərzində polislə olan qarşıdurmalarda 10 nəfər dünyasını dəyişib.

İqtidar seçkidə iştirakın 41.53 % olduğunu bildirsə də, müxaliflər 20 milyon seçicidən sadəcə 2 milyon 480 min nəfərin səs verdiyini açıqlayıb.

Qeyd edək ki, Venesuelada aprelin 4-dən bu günədək davam edən aksiyalarda 120 nəfərə yaxın insan polislə qarşıdurmada dünyasını dəyişib.