XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 11:18

Qırğızıstanda prezident seçkisi qızışır –59 nəfər iddialı var

Qırğızıstan Mərkəzi Seçki Komissiyası avqustun 1-də prezident seçkilərinə namizədlərin sənəd qəbulunu yekunlaşdırıb.

Trend-in məlumatına görə, 59 nəfər prezidentliyə namizədliyini irəli sürüb.

Namizədlərin 49 nəfəri fərdi, daha 10 namizədlik isə siyasi partiyalar tərəfindən irəli sürülüb.

Qeyd edək ki, ölkə prezidenti olmaq üçün 30 min səs toplanmalı, 1 milyon som ödənilməli və mütləq şəkildə dövlət dilindən imtahan verilməlidir.

Seçkilər oktyabrın 15-də keçiriləcək.