XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 13:07

Tramp təzə təyin etdiyi kommunikasiya direktorunu qovdu –FOTO

ABŞ prezidenti Donald Tramp Antoni Skaramuççini Ağ Evin ictimai əlaqələr üzrə direktoru vəzifəsindən kənarlaşdırmaq haqda qərar çıxarıb.

Bu haqda “New York Times” qəzeti adının açıqlanmadığı üç mənbəyə istinadən məlumat verib. Skaramuççinin vəzifəsindən kənarlaşdırılması haqda xəbərlər təqaüdə çıxmış ordu generalı Con Kellinin Ağ Evdə prezident aparatının yeni rəhbəri vəzifəsinə keçməsindən bir neçə saat sonraya təsadüf edir.

Politico saytı Ağ Evdə adının açıqlanmadığı iki mənbəyə istinadən məlumat verib ki, Skaramuççinin vəzifəsindən kənarlaşdırılması haqda qərar Kellinin müraciətinə əsasən verilib. (Amerikanın Səsi)