XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 14:59

Gülnarə Kərimova harada saxlanılır? –Vəkildən açıqlama

"Özbəkistanın mərhum prezidenti İslam Kərimovun böyük qızı Gülnarə Kərimova ev dustağı deyil, həbsxanada saxlanılır".

Bunu Gülnarə Kərimovanın adından İsveçrə məhkəməsində çıxış edən vəkili Qrequar Manja “Fergananews”un məsələ ilə bağlı sualına məktubla cavabında bildirib: “Üç həftə əvvəl mənə məlum oldu ki, müştərim həbsxanadadır. Onun saxlanıldığı həbsxana mənə məlum deyil”, – vəkil vurğulayıb.

“Ferghana”nın baş redaktoru isə bildirib ki, Gülnarə Kərimova hazırda Özbəkistan Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılır.

Qeyd edək ki, Özbəkistan Baş Prokurorluğu ona qarşı 2015-ci ildə ittiham irəli sürüb və 5 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda həbsdədir. Açıqlamada bildirilib ki, Gülnarə Kərimovaya qarşı “külli məbləğdə dövlət əmlakının mənimsəmək, hədə-qorxu ilə pul tələb etmək” maddələri ilə ittiham irəli sürülüb.

Cari ilin aprel ayında ABŞ-ın Ədliyyə Nazirliyi İslam Kərimovun qızı Gülnarə Kərimovanın adını “rüşvət almaqda və çirkli maliyyə vəsaitlərinin yuyulmasında” şübhəli bildiyini açıq və konkret olaraq bildirmişdi.(“Report”)