XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 12:58

Rusiya: “Turkiyə real həyatdan qopub”

Rusiyanı Suriyanın Latakiya əyalətində etnik təmizləmə aparmaqda ittiham edən Türkiyəyə Kremldən sərt təpki gəlib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bu bəyanatın Türkiyənin reallıq hissini itirməsi kimi qiymətləndirib:

«Bu cür bəyanatları şərh etmək də qəribə gəlir. Bu, Türkiyə hökumətinin real həyatdan tamamən qopmasından xəbər verir. Reallıq hissindən məhrum olublar».

Xatırladaq ki, dünən Türkiyə baş naziri Əhməd Davudoğlu Rusiyanın Latakiya əyalətində türkmənləri və sünniləri təqib etdiyini bildirib. Baş nazirin fikrincə, Rusiya bununla Latakiyadakı hərbi bazasını genişləndirməyə çalışır.