XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 17:51

Türkmənistan:millət lideri xalqa nəğmə oxumaqla və məcburi bədən tərbiyəsi ilə onun əzablarını yüngülləşdirir

EurasiaNet (ABŞ), 01.08.2017

 

Türkmənistan iqtisadiyyatı maili səthlə yuvarlanmağı davam etdirir, prezident Qurbanqulı Berdımuhəmədov isə yenə də qərara gəlib ki, iztirab çəkən əhalini öz “ifası” və kütləvi məcburi bədən tərbiyəsi ilə “əyləndirsin”.

Dövlət televiziyası iyulun 28-də Berdımuhəmədovun Xəzərin Avaza kurortuna növbəti səfəri haqda məlumat verib. O, burada nazirlər kabineti üzvləri və parlament spikerinin kampaniyasında qrup gimnastikasına başlayıb . Məmurlar əvvəlcə məktəblilər kimi sıraya düzülüb və dövlət başçısının çalışmaları necə yerinə yetirdiyini diqqətlə izləyib, sonra isə onu yamsılayıb və hətta voleybol da oynayıblar. Sonra hamısı prezidentin rəsmi iqamətgahındakı çimərliyə yollanıb, Berdımuhəmədovun özü isə üç nəvəsi ilə “Mən xatırlayıram” adlı yeni mahnı üçün şer yazmaqla məşğul olub.

Direktor qeyd edib: “Dövlət başçısı yaradıcılıq prosesi çərçivəsində nəvələrinin hər birinə mahnını müxtəlif musiqi alətlərində necə ifa etməyi göstərib. Sonra Berdımuhəmədov musiqi sənətinin öyrənilməsində səy və çalışqanalıq sərgiləyən nəvələrilə birgə yeni nəğməni ifa edib”.

Nəvələr sonra müxtəlif musiqi alətlərinin arxasına əyləşiblər. Biri royalda, qalanları mikşer və elektrikli zərbə qurğusunda çalıblar. Təbəələrinə “Arkadaq” kimi məlum olan Berdımuhəmədovun özü sintizatorda ciddi dinləyicinin nizamsız və mənasız səs-küy adlandıra biləcəyi melodiyanı təkrar etməyə cəhd edib. Sonra o, anın “sehrinə” dalıb və başını qaldıraraq sərsəmcəsinə rəqs etməyə başlayıb.

“Нейтральный Туркменистан” qəzeti iyulun 28-də prezidentə mədhiyyəsində təmtəraqlı boşboğazlığın yeni zirvəsinə yetməklə yazıb: “Arkadaqın təəccüblü istedadından doğulmuş bu mahnı bu dünyanın gözəlliyində əks olunmuş sevgini təcəssüm etdirərək türkmən millətininn liderindən görkənmli hədiyyə kimi tezliklə xalqa təqdim olunacaq”.

Lakin Berdımuhəmədovun xalq üçün hazırladığı “əyləncə” bununla başa çatmayıb. O, şənbə günü iyulun 29-da 50 gündən sonra Aşqabadda qapalı binlarda açılacaq döyüş sənətləri üzrə V Asiya oyunlarının açılışı şərəfinə kütləvi veloqaçışa başçılıq edib.   

7:00-dan 19:00-a qədər bütün ölkədə nəqliyyatın hərəkəti məhdudlaşdırlıb və yalnız velosipedlərdə hərəkət etməyə icazə verilib. Nazirlik və diplomatik missiya başçıları da, təbii ki, çalışmalarda iştirak etməliydilər.

 

Tərcümə Strateq.az-ındır.