XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 19:50

Saakaşvili:"Rəsmi Kiyev məni həbs etdirmək, yaxud Gürcüstana ekstradisiya etmək niyyətindədir"

"Ukrayna hakimiyyəti məni ölkə ərazisinə buraxmamağa cəhd edir".

Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili mətbuat konfrasında çıxışı zamanı deyib.

Saakaşvili bildirib ki, rəsmi Kiyev onu həbs etdirmək, yaxud Gürcüstana ekstradisiya etmək niyyətindədir:

“Haqlı olduğuma əminəm. Mən Ukrayna xalqının həmrəyliyinə inanıram. İnanıram ki, onlar belə hüquqsuzluğa göz yummayacaq. Mən doğrunu deyirəm və ən əsası odur ki, özümü qorumuram. Mən xalqı hərc-mərclikdən qorumağa çalışıram. Gəlin yaxşı düşünək və ən pisə hazır olaq. Mən hazıram. Amma düşünürəm axır-əvvəl həqiqət qalib gələcək”.

Qeyd edək ki, Ukrayna hökuməti bir müddət əvvəl Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib/Axar.az.