XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 14:39

ABŞ-ın raketdən müdafiə sistemlərini Avropada artırması…- Rusiyadan xəbərdarlıq gəldi

“ABŞ-ın raketdən müdafiə sistemlərini Avropada artırması, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşmanın şərtlərinə ziddir”.

Bunu jurnalistlərə açıqlamasında Rusiya parlamentinin spikeri Sergey Narışkin söyləyib.

Onu sözlərinə görə, ABŞ Rusiyaya qarşı spekulyasiyalara yol verərək, özünə qarşı yönələcək haqlı ittihamlardan canını qurtarmaq istəyir. axar.az

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında razılaşma 1987-ci ildə ABŞ və SSRİ arasında imzalanıb. Müqavilə 1988-ci ildə qüvvəyə minib. Müqaviləyə əsasən, hər iki ölkə arsenalındakı orta (1000 kilometrdən 5500 kilometrə qədər – red) və kiçik (500 kilometrdən 1000 kilometrə qədər – red.) mənzilli raketlərini tam ləğv etməli idi. Müqavilə 1991-ci ildə yerinə yetirildi. 2001-ci ilə qədər ABŞ və Rusiya müqavilənin yerinə yetirilməsi ilə bağlı qarşılıqlı təftişlər keçirdilər.