"Kürd Muxtariyyətində referendumun keçirilməsi müstəqillik anlamına gəlmir".
Bu sözləri İraq Prezidenti Fuad Məsum deyib.
O bildirib ki, Bağdadla Ərbil arasındakı anlaşılmazlıq dialoq yolu ilə həll edilməlidir: “Problemlərin həlli üçün dialoqdan başqa çıxış yolu yoxdur”.
Qeyd edək ki, sentyabrın 25-də Kürd Muxtariyyətində müstəqillik referendumunun baş tutması gözlənilir/Axar.az.