XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 10:06

ABŞ Rusiyanın ala bilmədiyi “Boeing”iTrampa alır

ABŞ hərbçiləri iki sərnişin təyyarəsinin alınması ilə bağlı "Boeing" korporasiyası ilə danışıqları yekunlaşdırmaq üzrədir.

Trend-in məlumatına görə, ABŞ HHQ nümayəndəsi bu təyyarələrin prezident Donald Tramp üçün nəzərdə tutulduğunu bildirib.

"Defense One" xəbər portalı isə informasiya yayıb ki, bu təyyarələr bir zamanlar Rusiyanın "Transaero" aviaşirkəti tərəfindən sifariş olunsa da, şirkət müflisləşdiyindən təyyarələr alınmayıb.

ABŞ HHQ nümayəndəsi təyyarələrin dəqiq qiyməti barədə məlumat verməsə də, belə bir təyyarə modelinin qiymətinin, təxminən, 386,8 milyon dollar olduğunu bildirib.