XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 10:47

Yaponiyada zəlzələ olub- 5,5 bal gücündə

Avqustun 2-nə keçən gecə Yaponiyanın şimal-şərqində 5,5 bal gücündə zəlzələ baş verib.

Yaponiya Milli Meteorologiya Agentliyinin məlumatına görə, yeraltı təkanların episentri İbaraki prefekturasında, ocağı 10 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunsa da, zəlzələdən bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Paytaxt regionu da daxil olmaqla Hönşü adasının mərkəzi və şimal-şərq hissələrində güclü yeraltı təkanlar hiss olunub.

Qəzalı vəziyyətdə olan “Fukusima-1” AES-də zəlzələdən sonra ştatdankənar vəziyyət qeydə alınmayıb(azərtac).