XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 12:44

Herat məscidində terror aktı:ölü sayı artır, 60-dan çox yaralı var

Əfqanıstanın şimal-qərbində Herat əyalətinin eyniadlı administrativ mərkəzində ən böyük şiə məscidinə hücum nəticəsində təxminən 50 nəfər həlak olub, 60-dan çox insan isə yaralanıb. Onlardan 10-nun vəziyyətinin ağır olduğu bildirilir.

Azərtac Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, silahlı şəxslər mühafizəçini güllələyərək məscidə soxulub və axşam namazına toplaşan insanlara atəş açıb, sonra terrorçulardan biri partlayıcı qurğunu işə salıb. Həmin vaxt məsciddə 300-dək insan olub.

Əyalət polisinin məlumatına əsasən, hücumu iki silahlı şəxs həyata keçirib. Onların hər ikisi təhlükəsizlik qüvvələri ilə atışmada öldürülüb.

Ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hələlik hadisənin məsuliyyətini üzərinə götürməyib.

Qeyd edək ki, ilin əvvəlindən bəri yalnız paytaxt Kabildə 11 böyük terror aktı törədilib. Bu terror aktları nəticəsində minlərlə insan ölüb və ya yaralanıb.