XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2017 - 15:10

Moskvada erməni miqrantlarla kütləvi dava- Yaralılar var

Moskvada tikinti sahələrinin birində miqrant işçilər arasında kütləvi dava baş verib. Trend-in məlumatına görə, davada 40-a yaxın adam iştirak edib.

Moskva polisi bildirib ki, dava iki tikinti briqadası arasında qeydə alınıb. Dava iştirakçıları Özbəkistandan və Ermənistandan gəlmiş miqrantlar olub.

Tərəflər bir-birinə kürək, armatur və iri çəkiclərlə hücum ediblər. Hadisə nəticəsində azı 6 nəfər xəsarət alıb.

Münqişənin damdan atılan zibil üstündə baş verdiyi bildirilib. Hazırda insidentlə bağlı araşdırma başlayıb.