XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 15:57

Tramp yalan xəbərlərdən qurtulmağınyolunu tapdı

Telekanalların yalan xəbərlər yaymasından tez-tez şikayət edən və belə KİV-ləri Amerika xalqının düşməni adlandıran ABŞ prezienti Donald Tramp problemdən çıxış yolu tapıb.

Bundan sonra Trampın rəsmi “Facebook” hesabında xəbər kanalı yayımlanacaq.

“BuzzFeed” xəbər verir ki, kanal ABŞ hökumətinin fəaliyyəti ilə bağlı yalan məlumatların yayılmasına mane olmaq məqsədilə yaradılıb.

İnformasiya kanalının aparıcısı ABŞ prezidentinin gəlini Lara Tramp olacaq.

“Biz ancaq faktları təqdim edəcəyik, xəbərləri izləyin!”, – deyə Lara Tramp prezidentin sosial şəbəkədəki izləyicilərinə müraciət edib.

Lara Tramp bundan əvvəl də media sahəsində işləyib. O, “Inside Edition” teleproqramının prodüseri olub(azadliq.info).